İran İsraillə 12 günlük müharibəyə görə ABŞ-dan təzminat tələb edir

Dünya

13.11.2025 - 14:28

Abbas Əraqçi BMT-nin baş katibi Antonio Quterreşə məktub ünvanlayıb

İran ABŞ-dan iyun ayında İsraillə 12 günlük müharibəyə görə təzminat tələb edib. AYNA.AZ İSNA xəbər agentliyinə istinadən bildirir ki, tələb İranın xarici işlər naziri Abbas Əraqçinin BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda qeyd olunub.

İran müraciətin əsasını ABŞ Prezidenti Donald Trampın "İsrailin İrana qarşı təcavüzündə rolunu etiraf etməsi" kimi təqdim edir.

Məktubda deyilir: "Birləşmiş Ştatlar bu pozuntular nəticəsində İrana və onun vətəndaşlarına dəyən maddi və mənəvi ziyanı tam şəkildə kompensasiya etməyə borcludur".

Həmçinin qeyd olunur ki, İran "fərdi ABŞ və İsrail rəsmilərini məsuliyyətə cəlb etmək üçün bütün mövcud hüquqi mexanizmlərdən istifadə etmək hüququnu özündə saxlayır".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş