Gəmilər SEPAH dəniz qüvvələri tərəfindən saxlanılaraq İran sahillərinə geri göndərilib
İran ordusu Hörmüz boğazından icazəsiz keçməyə çalışan iki gəmini saxlayıb. AYNA.AZ “Tasnim”ə istinadən bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələri məlumat yayıb.
Məlumatda deyilir: "Sərhədi pozan iki gəmi, MSC-FRANCESCA (sionist rejimlə əlaqəli) və EPAMINODES SEPAH dəniz qüvvələri tərəfindən saxlanılaraq İran sahillərinə geri göndərilib".
Həmçinin vurğulanıb ki, Hörmüz boğazından keçmək üçün müəyyən edilmiş prosedurun hər hansı bir pozulması "qırmızı xətlərin" pozulması hesab olunur.