“Münaqişənin sona çatması Gürcüstanla ABŞ arasında münasibətlərin yenidən qurulmasında əsas amil olacaq”
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Ukraynada müharibə 2025-ci ildə bitəcək. AYNA xəbər verir ki, Baş nazir bu barədə “İmedi” televiziyasına müsahibəsində deyib.
Baş nazirin sözlərinə görə, münaqişənin sona çatması Gürcüstanla ABŞ arasında münasibətlərin yenidən qurulmasında əsas amil olacaq. "Bu, nikbinliyimiz üçün əsasdır".
Bundan əvvəl ABŞ “Xarici agentlər” haqqında qanunun qəbulundan sonra Gürcüstana yardımın dondurulduğunu elan edib.
Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski Gürcüstanın birliyə inteqrasiyasının dayandırılması barədə məlumat verib. Bundan əlavə, Aİ Respublikanın Müdafiə Qüvvələrinə dəstək üçün ayrılan 30 milyon avronu dondurub.