Mükafat iki amerikalı alimə verilib
İqtisadiyyat üzrə 2020-ci ilin Nobel mükafatı iki amerikalı alim Paul R.Milqrom və Robert B.Vilsona “auksion nəzəriyyəsinin təkmilləşdirilməsi və yeni auksion formatlarının ixtiralarına görə” verilib.
AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən keçirilmiş xüsusi tədbirdə məlumat verilib.