Uzun illərdən sonra Şuşada Azərbaycan radiosu səsləndi - <font color=red> VİDEO</font>

Maraqlı

12.11.2020 - 16:14

“ASAN Radio” işğaldan azad olunan Şuşada səslənən ilk Azərbaycan radiosu olub

 

“ASAN Radio” işğaldan azad olunan Şuşada səslənən ilk Azərbaycan radiosu olub. AYNA xəbər verir ki, bu barədə “ASAN Xidmət” məlumat yayıb.

 

Qeyd edək ki, Şuşa şəhəri 28 il sonra 8 noyabr 2020-ci il tarixində işğaldan azad olunub.

 

Operativ məlumat dalğası - “ASAN Radio” Azərbaycanda 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. Radionu asanradio.az saytından və mobil tətbiqlərdən dinləmək olar.

 

“ASAN Radio” Prezident İlham Əliyevin tapşırığı ilə 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.   Elə həmin ilin dekabrın 24-də yayıma başlayıb. Bu il “ASAN Radio”nun fəaliyyətinin beş ili tamam olur.

Müəllif: Ayna.az