"Apple" yeni "iPhone" modellərini təqdim edəcək

Maraqlı

10.09.2019 - 08:43

Mütəxəssislər bunun ilk növbədə yenilənmiş "iPhone" xəttinə həsr olunacağını söyləyirlər

 

"Apple" şirkəti çərşənbə axşamı təqdimat keçirəcək Mütəxəssislərin fikrincə, tədbirdə "iPhone" smartfonlarının yeni modelləri təqdim olunacaq. AYNA "Report"a istinadən xəbər verir ki, Kaliforniyanın Kupertino şəhərindəki "Apple Park" şəhərciyindəki "Steven Jobs" Teatrında keçiriləcək tədbir şirkətin rəsmi saytında yayımlanacaq.

 

Təqdimat yerli vaxtla 10:00-da (Bakı vaxtı ilə 21:00) başlayacaq. Mütəxəssislər təcrübəyə əsaslanaraq bunun ilk növbədə yenilənmiş "iPhone" xəttinə həsr olunacağını söyləyirlər.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə