Və ya bu bıçaq bir hərbi qənimətdirsə, niyə sahibi diri və ya ölü olaraq, göstərilmir?
Qarabağda hərbi əməliyyatlar gedən günlərdə erməni ordusunun uğurlu döyüşlərindən bəhs edən rusiyalı bloger və “Wargonzo” layihəsinin yaradıcısı Semyon Peqov, Baron Münhauzen kimi gopa basmaqla populyarlaşmaq fikrindən indi də dönmür. Qarabağ müharibəsindən həqiqiliyi şübhə doğuran reportajları ilə Peqov artıq Donbass Könüllüləri Birliyinin lideri İqor Strelkovdan “erməni nağıllarının dastançısı” adına layiq görülmüşdü.
Qalmaqallı Rusiya media maqnatının - Aram Qabrelyanovun bu qulluqçusu sahibinin işinə yaramaq üçün dəridən-qabıqdan çıxmağa davam edir. Bu dəfə Peqov, elit Türkiyə xüsusi təyinatlı komando dəstəsinin Azərbaycan tərəfində döyüşdüyü iddiası ilə “sensasiya” tapdı və tapdığına dəlil olaraq, erməni əsgərlərinin cəbhənin Martuni sektorunda çəkdikləri fotoları yayımladı.
Bu kadrlarda ələ keçirilmiş döyüş bıçağı görüntülənir. Peqova görə, bu bıçaq seçmə komando bölməsi üçün xüsusi sifarişlə hazırlanıb ki, bu da türk xüsusi təyinatlı qüvvələrinin Qarabağdakı döyüşlərdə iştirak etdiyini göstərir. Bu xəbərlə Peqov yenidən özünü axmaq vəziyyətə saldığını düşünürmü, görəsən? Bu fotolarda Rusiya da daxil olmaqla, bir çox ölkədə onlayn satın alına bilən həmin o “xüsusi” ov bıçağı göstərilir.
Oxşar məhsullar Türkiyə onlayn mağazalarından da əldə edilə bilər və Peqovun həmin bıçağı məhz Qarabağda “tapması” da fakt deyil. Bundan əlavə, bu bıçaq bir hərbi qənimətdirsə, niyə sahibi diri və ya ölü olaraq, göstərilmir? Yəqin ki, Peqov bu vacib suala cavab verməkdə çətinlik çəkəcək...