Bu şəhərə gedən geri qayıtmaq istəmir
Masmavi dənizi, ağappaq gözəl görünüşlü evləri ilə məşhur olan Paros adası isti yay aylarında istirahət üçün əvəzediləməz məkanlardandır. AYNA xəbər verir ki, Yunanıstanın ən sakit adası olaraq bilinən bu adada qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.
Gecə klublarından dəniz kənarında yerləşən rostoranlara, idman zallarından trekinq ərazilərinə kimi müxtəlif əyləncə məkanları olan bu bölgə hər il minlərlə qonaq qəbul edir.
Yunanıstana səyahət etmək üçün ən yaxşı vaxtın iyun-oktyabr ayları olduğu deyilir. Həmçinin Paros adası da bu aylarda istirahət üçün ən əlverişli hava şəraitində olur.
Kolimpithres, Boudari və Langeri kimi məşhur çimərliklər da Paros adasında yerləşir.
Parikia şəhəri və Naousa qəsəbəsi bu adanın ən gözəl yerlərindən hesab olunur.