“Instagram”da yenidən nasazlıq yaranıb

Dünya

30.01.2020 - 03:14

Həkimlər Klinikalar SEO Xidməti

İstifadəçilərin bir qismi xəbər xəttinə daxil olmaqda problemlərlə üzləşiblər

 

Dünyanın bir sıra ölkələrində “Instagram” sosial şəbəkəsinin fəaliyyətində problemlər müşahidə olunur.

 

AYNA xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidmətinin səhifəsində bildirilib.

 

Sosial şəbəkənin işindəki nasazlıqlardan ən çox ABŞ və Avropanın bəzi ölkələrinin sosial şəbəkə istifadəçiləri şikayət edirlər. Rusiyada da sosial şəbəkə istifadəçiləri nasazlıqların olduğunu bildiriblər.

 

Xidmətin məlumatına görə, istifadəçilərin bir qismi (təxminən 52 faiz) xəbər xəttinə daxil olmaqda problemlərlə üzləşiblər. Sosial şəbəkədən istifadə edənlərin daha 15%-i statusların yerləşdirilməsi problemləri ilə üzləşiblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş