İnklüziv təhsilə cəlb olunan uşaqların sayı açıqlanıb

Xəbərlər

24.11.2025 - 15:54

Hazırda ümumi təhsil müəssisələrində 414 uşaq inklüziv təhsilə cəlb olunub

Hazırda ümumi təhsil müəssisələrində 414 uşaq inklüziv təhsilə cəlb olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, inklüziv təhsilin təşkil edildiyi ümumi təhsil müəssisələri uşaqların ehtiyaclarına uyğun didaktik materiallarla təmin olunub, fərdi və qrup məşğələlərinin keçirilməsi üçün köməkçi otaqlar təşkil edilib. Köməkçi otaqlar inklüziv tədris prosesi üçün müvafiq avadanlıqlarla təmin olunub.

Əlavə olaraq, ümumi təhsil müəssisələrində sağlamlıq imkanları məhdud şagirdlər üçün loqopedik xidmət otaqları təşkil olunub. Hazırda həmin müəssisələrdə ixtisaslı loqopedlər fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud şagirdlərin loqopedik məşğələlərə cəlb olunması təmin edilib.

Loqopedik məşğələlərin saatları Elm və Təhsil Nazirliyinin hər tədris ili üzrə təsdiq etdiyi tədris planlarına əsasən müəyyənləşdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş