Yeni qaydaya riayət etməyən şəxslər cərimələnəcək
İngiltərədə iyunun 15-dən etibarən ictimai nəqliyyatda sərnişinlərin maska geyinməsi məcburi olacaq
AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Nəqliyyat Naziri Qrant Şapps hökumətin koronavirusla bağlı keçirdiyi günlük brifinqdə deyib.
Nazir insanların əksəriyyətinin yeni qaydaya riayət edəcəyini gözlədiyini deyib. O bildirib ki, yeni qaydaya riayət etməyən şəxslər cərimələnəcək.
Q.Şapps insanların yalnız tibbi deyil, evlərdə hazırladıqları maskalardan da istifadə edə biləcəyini deyib.
Xatırladaq ki, ötən həftə Baş Nazir Boris Conson iyunun 15-dən etibarən İngiltərədə zəruri olmayan mağazaların açılacağını bəyan etmişdi.