İngiltərə “immun divarı” hörmək üçün hərəkətə keçib

Dünya

27.06.2021 - 08:12

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusa qarşı vaksinin üçüncü dozası və qrip peyvəndi birlikdə vurulacaq

 

İngiltərə “immun divarı” hörmək üçün hərəkətə keçib. Koronavirusa qarşı peyvəndləmədə uğurla addımlayan ölkələrdən hesab edilən İngiltərədə payız fəslinə hazırlıq başlayıb. Mutasiyaya uğrayaraq daha sürətlə irəliləyən versiyaları ilə birlikdə virusun qarşısını almağa çalışan mütəxəssislər qrip peyvəndi ilə koronavirus peyvəndinin üçüncü dozasını eyni vaxtda tətbiq etməyi planlaşdırırlar.

 

AYNA xəbər verir ki, “Delta” versiyasının yayılmasının və payız ayında yoluxma sayında artımın qarşısını almaq istəyən səhiyyə işçiləri ikiqat peyvəndlənmə planı üzərində işləyirlər. İngiltərənin qabaqcıl qəzetlərindən biri olan “The Times”ın xəbərinə görə, ölkədəki 50 və yuxarı yaşdakı insanlarda virusa qarşı güclü immunitet formalaşdırmaq üçün korona peyvəndinin üçüncü dozası və qrip peyvəndinin birlikdə tətbiq ediləcəyi planlaşdırılır.

 

Planın həyata keçirilməsi üçün 700 nəfərin iştirakı ilə aparılan klinik sınaqlar davam edir. Birgə Peyvəndləmə və İmmunlaşdırma Komitəsi (JCVI) eyni vaxtda iki ayrı qola tətbiq olunan peyvəndləri təsdiq edərsə, proses sentyabr ayında başlayacaq. Dekabr ayına qədər ölkədəki 50 və yuxarı yaşda olan 16 milyon insanın peyvənd edilməsi məqsəd qoyulub. Səhiyyə işçiləri və risk qrupundakı insanlar da peyvəndlənərsə, ümumilikdə peyvəndlənən insanların sayı 30 milyona yüksələ bilər.

 

Milli Sağlamlıq Sistemi (NHS) səlahiyyətliləri “immunitet divarını” gücləndirmə planlarında “Pfizer-BioNTech” peyvəndi ilə birlikdə İngilis peyvəndləri “Novavax” və “AstraZeneca”nın üçüncü dozada necədə təsir göstərə biləcəyini araşdırırlar. JCVI-nin yaxın həftələrdə klinik sınaq nəticələri barədə fikirlərini açıqlaması gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş