İndoneziyada güclü zəlzələ - <font color=red> Ölən və yaralananlar var</font>

Dünya

15.01.2021 - 07:55

Yeraltı təkanlar torpaq sürüşmələrinə səbəb olub

 

İndoneziyada 6,2 maqnitudalı zəlzələ nəticəsində azı 7 nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb. AYNA bildirir ki, bu barədə “Detik” portalı xəbər verib.

 

Məlumata görə, Qərbi Sulavesi əyalətində iki minə yaxın insan öz evlərini tərk etməyə məcbur olub. Təbiət hadisəsi yerli qubernatorun ofisi və hotel binası da daxil olmaqla, 60-dan çox binanı dağıdıb. Yeraltı təkanlar, həmçinin torpaq sürüşmələrinə səbəb olub.

 

Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Pare-Pare şəhərindən 139 kilometr şimali-qərbdə, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.

Müəllif: Ayna.az