Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir
İndoneziyanın şimal hissəsində, Molukka dənizinin akvatoriyasında 5,9 bal gücündə zəlzələ qeydə alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.
Geofizika Xidmətinin Altay-Sayan bölməsinin operativ məlumatlarına əsasən, cümə axşamı Moskva vaxtı ilə saat 00:04-də qeydə alınan zəlzələnin episentri Ternate şəhərindən 167 kilometr şimalda, eyniadlı adada yerləşib.
Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.
ABŞ Geoloji Xidməti də zəlzələnin maqnitudasını 5,9 olaraq qiymətləndirib. Bildirilib ki, zəlzələnin ocağı 36,7 kilometr dərinlikdə yerləşib.