İmtahanlarla bağlı gözlənilən açıqlama

Cəmiyyət

07.05.2020 - 17:45

Həkimlər Klinikalar SEO Xidməti

Məleykə Abbaszadə: “Mart, aprel, may, iyun ayları üçün proqramda nəzərdə tutulmuş mövzular imtahanın proqramından çıxarılacaq”

 

9-11 siniflər üçün nəzərdə tutlmuş qəbul imtahanları necə nəzərdə tutulmuşdusa, həmin qaydada da aparılacaq. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib.

 

“Bu imtahanların məzmunla əlaqədar olan yeniliyi isə ondan ibarətdir ki, mart, aprel, may, iyun ayları üçün proqramda nəzərdə tutulmuş mövzular bu imtahanın proqramından çıxarılacaq. Bu prqramlar indiyə qədər dərc olunub, bununla bağlı jurnallar çıxb. Həmin təxirə salınan mövzular isə bizim rəsmi saytımızda PDF şəklində yerləşdiriləcək və maraqlananların yalnız bizim rəsmi sayıtımıza istinad etməsini xahiş edirik”, - deyə Abbaszadə bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş