İmran Xan və xanımına hökm oxunub

Dünya

31.01.2024 - 13:17

cedabet dərman SEO Xidməti

Pakistanın keçmiş Baş naziri və həyat yoldaşı 14 il müddətinə azadlıqdan məhrum edilib

Pakistanın keçmiş Baş naziri İmran Xan və həyat yoldaşı Buşra Bibi korrupsiya işi üzrə yeni cəza alıb. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, sabiq Baş nazir və onun həyat yoldaşı 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Xan və Bibi dövlət xəzinəsində saxlanılan qiymətli əşyaları satmaqda ittiham olunurlar. Cütlüyə 10 il dövlət vəzifəsində işləmək qadağan edilib və hər birinə 787 milyon Pakistan rupisi cəzası verilib.

“Komissiya Xana qarşı bu qərarı qəbul edərək, onu 52 qiymətli əşyanı satmaqda və şəxsən aldığı hədiyyələr haqqında məlumatı gizlətməkdə təqsirli bilib. Xan Dubayda ümumilikdə 140 milyon Pakistan rupisi dəyərində dövlət malını satıb”, - deyə vurğulanıb.

Bundan əvvəl Xan dövlət sirrini yaymaqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq Baş nazirin vəkili bu hökmü qəbul etmədiklərini və qanunsuz olduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş