İmişlidə 66 yaşlı kişini avtomobil vurub

Hadisə

22.08.2021 - 23:36

Piyada sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

 

İmişlidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb.

 

 “VAZ 2106” markalı avtomobil Yalavac kənd sakini, 1955-ci il təvəllüdlü Quliyev Vahid İsa oğlunu vurub.

 

Piyada sınıq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az