İlon Mask respublikaçıları dəstəkləyəcək: “Əks halda Amerikanın sonu gələcək”

Dünya

25.03.2024 - 14:02

cedabet Klinikalar SEO Xidməti

“İndi düşünürəm ki, bizə “qırmızı dalğa” lazımdır”

Amerikalı milyarder, “SpaceX”in sahibi İlon Mask ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının naminəzini dəstəkləyəcəyini açıqlayıb. AYNA xəbər verir ki, Mask bu barədə martın 24-də “X” (keçmiş Twitter) səhifəsində yazıb.

“Bir neçə il əvvələ qədər mən 100 faiz demokratlara səs verirdim. İndi düşünürəm ki, bizə “qırmızı dalğa” lazımdır (qırmızı respublikaçıların rəngidir), əks halda Amerikanın sonu olacaq”, – Mask yazıb.

Qeyd edək ki, ABŞ-ın keçmiş Prezidenti Donald Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülmək üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən hazırkı dövlət başçısı Co Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş