İlk səsvermədə Roma Papasını seçmək mümkün olmayıb

Dünya

08.05.2025 - 01:03

Həkimlər Klinikalar SEO Xidməti

Kapellanın bacasından qara tüstü buraxılıb

Konklavın (kardinalların kollegiyası) iştirakı ilə Sikstin kapellasında Roma papasınının seçilməsi üçün keçirilən səsvermə nəticəsiz olub.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, kapellanın bacasından qara tüstü buraxılıb və bu, Katolik Kilsəsinin yeni liderinin seçilməsi üçün keçirilən səsvermənin ilk turunda Papanın seçilə bilmədiyini göstərir.

Səsvermə təxminən 4 saat əvvəl başlayıb və 133 kardinal Roma Papasının seçilməsi prosesinə qatılıb. Onlar növbəti səsvermə üçün mayın 8-i səhər yenidən Sikstin Kapellasına qayıdacaqlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş