İlin sonuncu Ay tutulması olacaq

Xəbərlər

18.11.2021 - 17:06

Həkimlər Klinikalar SEO Xidməti

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 11:18:41-də başlayacaq

Noyabrın 19-da bu ilin sonuncu Ay tutulması hadisəsi baş verəcək. AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AYNA-ya bildirilib ki, bu təbiət hadisəsi zamanı Ayın bir hissəsi Yerin kölgə konusundan (Umbra) keçəcək. Bu cür tutulmaya qismən Ay tutulması deyilir.

Tutulma hadisəsi Bakı vaxtı ilə saat 11:18:41-də başlayacaq, saat 14:47:04-də isə başa çatacaq. Ümumilikdə 2 saat 28 dəqiqə davam edəcək tutulmanın maksimum həddi saat 13:02:55-də olacaq.

Qeyd edək ki, Ay tutulması Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə olunmayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş