İlham Əliyev Mahmud Abbasla görüşüb

Xəbərlər

13.10.2025 - 18:39

Azərbaycan Prezidenti ilə Fələstin Prezidenti arasında görüş olub

Azərbaycan Prezidenti İlham Əliyev Misirdə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb.

AYNA.AZ xəbər verir ki, Azərbaycan və Fələstin liderləri Şarm əl-Şeyxdə Qəzza ilə bağlı sammit çərçivəsində görüşüblər.

Qeyd edək ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş