İlham Əliyev Dövlət Agentliyinə 3,7 milyon manat ayırdı - SƏRƏNCAM

Xəbərlər

09.09.2021 - 15:33

Həkimlər Klinikalar SEO Xidməti

Prezident əlavə tədbirlər haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

AYNA xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhəri Binəqədi rayonunun Binəqədi, M.Ə.Rəsulzadə və Sulutəpə qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 3,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş