Ölkə başçısının müraciəti Azərbaycan Televiziyası ilə yayımlanacaq
Sabah - 27 sentyabr saat 10.00-da Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edəcək. AYNA xəbər verir ki, ölkə başçısının müraciəti Azərbaycan Televiziyası ilə yayımlanacaq.
Qeyd edək ki, sabah Azərbaycanda Vətən müharibəsində şəhid olanların xatirəsinə Anım Günü keçiriləcək.
Xatırladaq ki, 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını alaraq əks-hucuma başlayıb. 44 günlük İkinci Qarabağ müharibəsində qəhrəman Azərbaycan Ordusu işğal altında olan torpalarımızı azad edib.