İlham Əliyev Azərbaycan paralimpiyaçılarını təbrik edib

Xəbərlər

28.08.2021 - 11:57

Dövlət başçısı "Twitter" səhifəsində təbrik paylaşımı edib

 

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallar qazanan Azərbaycan idmançılarını təbrik edib.

 

AYNA xəbər verir ki, dövlət başçısının "Twitter" hesabında bununla bağlı paylaşımında deyilir:

 

"Milli Paralimpiya komandamızın üzvləri – Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qələbə sevincini yaşatdıqlarına görə ürəkdən təbrik edir, onlara və komandamızın digər üzvlərinə bundan sonra da yalnız uğurlar arzulayıram!"

 
Müəllif: Ayna.az