İkinci Şəhidlər Xiyabanının adı dəyişdirilib

Xəbərlər

27.09.2025 - 19:21

Bundan sonra həmin xiyaban Hərbi Memorial Məzarlıq adlanacaq

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimov və Vətən müharibəsi şəhidlərinin də dəfn edildiyi İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib. AYNA.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bundan sonra həmin xiyaban Hərbi Memorial Məzarlıq adlanacaq.

Qeyd edək ki, Hərbi Memorial Məzarlıqda Birinci və İkinci Qarabağ müharibəsi, Aprel döyüşləri, antiterror əməliyyatları da daxil olmaqla digər əməliyyatlarda, helikopter qəzasında şəhid olmuş hərbi qulluqçular, Vətənə xidmətdə xüsusi fərqlənən generallar, zabitlər uyuyur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş