Təşəbbüs Parisdən gəlib və Londonla Berlin tərəfindən bəyənilib
“Fransa, Almaniya və İngiltərə İranın əhəmiyyətli güzəştləri, o cümlədən İsrailin tanınması və Fələstin, Livan, İraq və Suriyadakı müqavimət qruplarına dəstəyin dayandırılması şərti ilə Fələstini bir dövlət kimi tanımaq niyyətindədir”. AYNA xəbər verir ki, bu barədə İranın “Tehran Times” qəzeti öz mənbələrinə istinadən yazıb.
Qeyd olunub ki, təşəbbüs Parisdən gəlib və Londonla Berlin tərəfindən bəyənilib. ABŞ nümayəndələri də “Avropa planı”nı dəstəkləyiblər, çünki bunu 2020-ci ildəki “İbrahim razılaşması”nın davamı hesab edirlər.
“İbrahim razılaşması” 2020-2021-ci illərdə imzalanmış İsrail və ərəb dövlətləri (BƏƏ, Bəhreyn, Mərakeş, Sudan) arasında münasibətlərin normallaşdırılmasına dair bir sıra sazişdir. ABŞ-ın o vaxtkı Prezidenti Trampın vasitəçiliyi ilə imzalanmışdı.