İki ukraynalı pilot F-16 qırıcılarını idarə etməyi öyrənmək üçün ABŞ-a gedib

Dünya

05.03.2023 - 12:57

cedabet dərman SEO Xidməti

NBC: Ukraynalı pilotlar Amerikanın Arizonadakı hərbi bazasına gediblər

Ukrayna Silahlı Qüvvələrinin iki pilotu döyüş təyyarələrini idarə etmək bacarıqlarını qiymətləndirmək üçün ABŞ-a gedib. AYNA xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Bildirilib ki, söhbət müxtəlif texnikanın, o cümlədən F-16 qırıcılarının istifadəsi üzrə mümkün təlimlərdən gedir. Jurnalistlərin fikrincə, Amerika və Ukrayna tərəfləri ukraynalı hərbçilərin hansı müddətə təlim keçə biləcəyini yoxlamalıdırlar.

Ukraynalı pilotlar Amerikanın Arizonadakı hərbi bazasına gediblər. Telekanal əlavə edib ki, bir müddət sonra Ukrayna Silahlı Qüvvələrinin daha iki pilotu təlimlərə qoşula bilər. Ümumilikdə Amerika tərəfi 10 pilot hazırlamağa hazırdır.

“Bununla yanaşı, hərbçilərin təlimi rəsmi Vaşinqtonun Ukraynaya hərbi təyyarələrin tədarükü məsələsində mövqeyini dəyişmir”, jurnalistlər əlavə ediblər.

Bundan əvvəl ABŞ Danimarka və Hollandiya vasitəsilə Ukraynaya F-16 döyüş təyyarələri verməyi planlaşdırırdı. Hollandiyanın 40-a yaxın F-16 qırıcısı var və artıq öz hava qüvvələrini daha təkmil F-35 qırıcıları ilə dəyişməyə başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş