Sunami xəbərdarlığı edilməyib
Yamayka sahillərində 7,7 bal gücündə zəlzələ olub.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, təkanlar Kubada da 7,3 bal gücündə hiss edilib. Zəlzələ Yamaykanın Lusea şəhərindən 117,4 kilometr məsafədə - Kubanın cənubunda meydana gəlib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Sunami xəbərdarlığı edilməyib. Dağıntı və itkilər barədə hələlik məlumat yoxdur.