Surxay Məmmədov və Camal Quliyev dəfn olunacaqlar
Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumat yayıb.
Dövlət Komissiyasından AYNA-ya verilən məlumata görə, avqustun 1-də şəhid hərbçi Məmmədov Surxay Rza oğlunun qalıqları Gəncə Şəhidlər xiyabanında dəfn olunacaq.
Avqustun 2-də isə şəhid hərbçi Quliyev Camal Möhübbət oğlunun qalıqları Laçın şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılacaq.