İki günlük körpə COVID-19-dan ölüb - Cənubi Afrikada

Dünya

21.05.2020 - 12:02

cedabet Klinikalar SEO Xidməti

Vaxtından əvvəl doğulan körpənin ağciyər problemi olub

 

Cənubi Afrika Respublikasında koronavirus daşıyıcısı olan ananın vaxtından əvvəl doğulan körpəsi COVID-19 səbəbindən ölüb. AYNA xarici mediaya əsasən xəbər verir ki, ölkənin Səhiyyə naziri Zveli Mkhayz deyib ki, vaxtından əvvəl doğulan körpənin ağciyər problemi olub, o süni tənəffüs aparatına qoşulsa da, iki gün sonra ölüb.

 

Nazir bildirib ki, indiyədək koronovirusa yoluxmuş hamilə qadınlar ana bətnindədə olan körpəsini yoluxdurmayıb: “Bunun necə baş verdiyi araşdırmalıdır".

 

Qeyd edək ki, Afrikada ən yüksək koronavirus infeksiyası Cənubi Afrika Respublikasında qeydə alınıb. Ümumi ölüm hadisələrinin 339-a çatdığı məlumatı verilir. Son sutkada daha 27 insan ölüb, 803 yeni koronavirus faktı aşkarlanıb. Ümumi yoluxanların sayı isə 18 003 nəfərə çatıb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş