İki gün əvvəl dənizdə batan gəncin meyiti tapılıb

Xəbərlər

16.07.2024 - 16:10

cedabet dərman SEO Xidməti

Məhəmməd Nəsirovun meyiti suda tapılaraq aidiyyəti üzrə təhvil verilib

İki gün öncə dənizdə batan oğlanın meyiti sudan çıxarılıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, iyulun 14-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində nəzarətsiz ərazidə dənizdə batmış 2007-ci il təvəllüdlü Nəsirov Məhəmməd Dadaş oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş