İctimai yerlərdə aşkar edilən koronavirus xəstələrinə cinayət işi açılıb

Hadisə

16.09.2021 - 15:11

Onlar tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb

Sentyabrın 15-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb.

İstintaq araşdırmaları davam etdirilir.

Müəllif: Ayna.az