İcra başçısının koronavirus testinin nəticəsi bilindi - <font color=red> RƏSMİ</font>

Xəbərlər

26.05.2020 - 16:33

Tahir Məmmədovun testinin nəticəsi neqativ çıxıb

 

Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdaşlarının koronavirus testlərinin nəticəsi açıqlanıb. AYNA xəbər verir ki, bu barədə Oxu.Az-a Şamaxı RİH-in İnformasiya təminatı və təhlil sektorunun müdiri Təbriz Qəniyev bildirib.

 

Onun sözlərinə görə, Şamaxı rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan profilaktik tədbirlər çərçivəsində rayon icra hakimiyyəti əməkdaşlarının növbəti dəfə testdən keçirilməsi zamanı bir əməkdaşda testin nəticəsi müsbət olub:

 

“Həmin əməkdaş müvəqqəti karantin zonasına yerləşdirilib. Digər əməkdaşlar Nazirlər Kabinetinin yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq sosial izolyasiya rejimində, əsasən, onlayn şəkildə işlərini davam etdirirlər.

 

İcra başçısı Tahir Məmmədov da digər əməkdaşlarla birlikdə koronavirus testindən keçib, testin nəticəsi neqativ çıxıb. Əməkdaşlar növbəti testlərdən də keçəcək”.

 

T.Qəniyev qeyd edib ki, Şamaxı rayonunda beş nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Müəllif: Ayna.az