İbtidai sinif müəllimi olmaq istəyənlər üçün təkrar imtahan keçiriləcək

Xəbərlər

03.08.2021 - 15:44

Həkimlər Klinikalar SEO Xidməti

İmtahanla bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib

 

Avqustun 4-də 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində ibtidai sinif fənni üzrə təkrar test imtahanı təşkil olunacaq. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, imtahanla bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

İbtidai sinif fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat iyulun 28-30-da keçirilib.

 

Xatırladaq ki, 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsi üzrə test imtahanı mərhələsinə iyulun 5-də start verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş