30-dan çox şirkət iş təklif edəcək
Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü Sumqayıt Gənclər Evi və Palıd Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində "I Sumqayıt Karyera Sərgisi” keçiriləcək. Tədbir 18-19 dekabr tarixlərində baş tutacaq.
AYNA xəbər verir ki, sərgidə iştirak edən şirkətlər öz vakansiyaları və təcrübə proqramlarını sərgiləyəcəklər.
Ümumilikdə 30-dan artıq şirkətin sərgidə iştirak etməyi planlaşdırılır. İştirak etmək istəyən vətəndaşlar öz CV-ləri ilə sərgidə iştirak edən şirkətlərə müraciət edə biləcəklər. Sərgiyə giriş sərbəstdir.