Dəfn mərasimi Qahirə şəhərində yerləşən Marşal Tantavi məscidində keçiriləcək
Misirin keçmiş Prezidenti Məhəmməd Hüsnü Mübarək 92 yaşında dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə Misir mətbuatı məlumat yayıb.
Keçmiş Prezidentin ailəsi də məlumatı təsdiqləyib. Məlumatda, Hüsnü Mübarəkin dəfn mərasiminin Qahirə şəhərində yerləşən Marşal Tantavi məscidində keçiriləcəyi bildirilib.
Qeyd edək ki, 4 may 1928-ci ildə dünyaya gələn Hüsnü Mübarək, 6 oktyabr 1981-ci ildə Ənvər Sədatın sui-qəsd nəticəsində öldürülməsindən sonra Misir Ərəb Respublikasına rəhbərlik etməyə başlayıb. Keçmiş Prezident 1987, 1993, 1999 ve 2005-ci illər ərzində keçirilən seçkilərdə ard-arda dörd dəfə prezident seçilib.
30 il ərzində Misirə rəhbərlik edən Mübarək, 2011-cildə başlayan “ərəb baharı” inqilabından sonra hakimiyyətdən devrilib və ömürlük həbsə məhkum olub. 2013-cü ilin 3 iyulunda reallaşan hərbi çevriliş nəticəsində isə haqqındakı ittihamların bir neçəsi aradan qaldırılıb və Mübarək altı ildən sonra - 2017-ci ilin 6 martında azadlığa buraxılıb.