Husilər və Yəmən hökuməti əsir mübadiləsi barədə razılığa gəliblər

Dünya

24.12.2025 - 12:11

Maskatda imzalanan müqaviləyə Səudiyyə Ərəbistanı və Sudan vətəndaşları daxildir

Husilər və beynəlxalq səviyyədə tanınmış Yəmən hökuməti əsir mübadiləsi barədə razılığa gəliblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) dəstəyi ilə Maskatda imzalanan müqaviləyə Səudiyyə Ərəbistanı və Sudan vətəndaşları daxildir.

Yeddi Səudiyyə vətəndaşı da daxil olmaqla, ümumilikdə 2900 məhbus mübadiləsi aparılacaq.

"Bu gün biz qarşı tərəflə genişmiqyaslı əsir mübadiləsini həyata keçirmək üçün saziş imzaladıq. Sazişə əsasən, 1700 məhbusumuz, o cümlədən yeddi səudiyyəli və 23 sudanlı məhbus 1200 məhbusla dəyişdiriləcək", - deyə husilərin sözçüsü bildirib.

Bu arada, Yəmən hökumətinin sözçüsü Məcid Fədail qrupla "minlərlə" hərbi əsirinin azad edilməsi ilə nəticələnəcək yeni əsir mübadiləsi barədə razılığa gəlindiyini təsdiqləyib.

BMT-nin xüsusi elçisi Hans Qrundberq sazişi 2018-ci il Stokholm Sazişi çərçivəsində öhdəliklərin yerinə yetirilməsini hədəfləyən "müsbət və əhəmiyyətli addım" adlandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş