Husilər üç ölkənin gəmisinə hücum edib

Dünya

08.04.2024 - 08:20

cedabet Klinikalar SEO Xidməti

“Ənsar Allah” hücumda ballistik və qanadlı raketlərdən istifadə edib

Yəmən husilərinin “Ənsar Allah” hərəkatı üç ölkənin gəmilərinə qarşı əməliyyatlar keçirib: ABŞ, Böyük Britaniya və İsrail. AYNA xəbər verir ki, bu barədə “Al Masirah” məlumat yayıb.

Husilərin hərbi sözçüsü Yəhya Sariya bildirib ki, husilər Qırmızı dənizdə bir sıra Amerika freqatlarına və Britaniyanın “Hope Island” gəmisinə, həmçinin Fələstin limanlarına gedən iki İsrail gəmisinə qarşı hərbi əməliyyatlar həyata keçiriblər.

"Yəmən ordusu əməliyyatın bir sıra ballistik və qanadlı raketlərdən istifadə edilərək həyata keçirildiyini və məqsədlərinə uğurla çatdığını qeyd edir", - bəyanatda deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş