Husilər İtaliyaya xəbərdarlıq edib

Dünya

05.02.2024 - 17:39

cedabet dərman SEO Xidməti

“Bu, regionda sülhə nail olmağın yeganə yoludur”

Husilərin Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi İtaliyanın Yəmənə qarşı təcavüzdə iştirak edəcəyi təqdirdə hədəfə çevriləcəyini bildirib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Əl-Husi deyib ki, İtaliya İsrail-Fələstin münaqişəsində bitərəf qalmalı və Qəzza zolağına hücumları dayandırması üçün İsrailə təzyiq göstərməlidir: “Bu, regionda sülhə nail olmağın yeganə yoludur”.

Qeyd edək ki, İtaliya keçən həftə gəmiləri husilərin hücumlarından qorumaq üçün qoşulduğu Avropa Birliyinin Qırmızı dənizdəki missiyasına komandanlıq etmək üçün bir admiral təyin edəcəyini açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş