Husilər iraqlı qruplarla birlikdə İsrailin cənubundakı Eylatdakı hədəfə hücum edib
Yəmənin şimalını idarə edən “Ənsar Allah” hərəkatından olan husilər İraq qrupları ilə birlikdə İsrailin cənubundakı Eylatda hədəfə hücum edib. AYNA xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriya “Al Masirah” telekanalına deyib.
"İraq İslami Müqaviməti daxilindəki qüvvələrlə işğal altındakı Fələstinin Umm ər-Rəşraş bölgəsində yüksək dəyərli bir hədəfə qarşı birgə pilotsuz təyyarə əməliyyatı həyata keçirilib", deyə bildirib.
Onun sözlərinə görə, onlar bu uğurlu hücumu “Fələstin xalqının və sionist düşmənə qarşı” döyüşçülərin qələbəsi naminə həyata keçiriblər.