Hulusi Akar Bakıda Fəxri xiyabana və şəhidliklərə gəlib

Xəbərlər

13.08.2020 - 11:56

cedabet dərman SEO Xidməti

Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanını ziyarət edib

 

Türkiyənin Azərbaycanda səfərdə olan hərbi nümayəndə heyəti Bakıda Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, avqustun 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və hər iki ölkənin müxtəlif qoşun növləri komandanları Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş