Honkonqda yaşayış kompleksində dəhşətli yanğın

Dünya

27.11.2025 - 13:59

Yanğında ölənlərin sayı artıb

Honkonqa yaşayış kompleksində baş verən yanğında ölənlərin sayı 55-ə çatıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, hakimiyyət orqanları yanan yeddi blokdan dördündə yanğınların söndürüldüyünü, qalan üç blokun isə nəzarət altına alındığını bildirib.

“Reuters” yazıb ki, hadisə yerinə 304 yanğınsöndürmə və xilasetmə maşını, eləcə də 1200-dən çox yanğınsöndürən cəlb olunub.

Həmçinin yaşayış kompleksinin qüllələrindən birinin damından yaşlı bir kişinin xilas edildiyini qeyd edib. Həmin şəxs təxminən 20 saat orada uzanaraq kömək gözləyib.

Daha əvvəl polis binada texniki xidmət göstərən tikinti şirkətinin iki direktorunun və məsləhətçi mühəndisinin həbs olunduğunu elan edib. Bu gün şirkətin ofisində axtarış aparılıb və sənədlər müsadirə olunub.

Binaların qoruyucu tor və yanğın təhlükəsizliyi standartlarına cavab verməyən plastiklə örtülməsi, eləcə də bir illik təmir işləri zamanı tikinti şirkəti tərəfindən quraşdırılmış penoplast ilə zədələnməmiş binanın bəzi pəncərələrinin bağlandığı aşkar edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş