Honkonqda baş verən yanğında ölənlərin sayı 94-ə çatıb

Dünya

28.11.2025 - 12:16

700 nəfər təxliyə edilib və müvəqqəti yaşayış yerlərinə yerləşdirilib

Honkonqda yaşayış kompleksində baş verən yanğında ölənlərin sayı 94-ə çatıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Xinhua” agentliyi yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

"Honkonqda mənzil binasında baş verən yanğında ölənlərin sayı 94-ə çatıb", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Honkonqda yaşayış kompleksində baş verən yanğın 26 noyabrda baş verib. “Associated Press”in məlumatına görə, təxminən 700 nəfər təxliyə edilib və müvəqqəti yaşayış yerlərinə yerləşdirilib.

“South China Morning Post” qəzetinin məlumatına görə, Honkonqda Vanq Fuk Kort mənzil binasını təmir edən şirkətə hadisədən bir həftə əvvəl yanğın riskləri barədə xəbərdarlıq edilib.

Məlumatda qeyd edilir: "Bir həftədən az müddət əvvəl podratçıya müvafiq yanğın təhlükəsizliyi tədbirləri görülməsi xatırladılıb".

Vanq Fuk Kort Xüsusi İnzibati Bölgəsinin Əmək Departamenti 2025-ci ilin iyul ayından bəri binalarda 16 yoxlama aparıldığını, ən sonuncusu isə 20 noyabrda olduğunu bildirib. Jurnalistlər yoxlamaya tikinti işlərinin təhlükəsizlik standartlarına uyğunluğunun yoxlanılmasının da daxil olduğunu bildiriblər.

Yaşayış kompleksinin keçmiş təhlükəsizlik meneceri işçilərin kompleksin ictimai yerlərində, o cümlədən terasda işləyərkən siqaret çəkdiyini gördüyünü bildirib. O əlavə edib ki, işçilərin yanğın çıxışlarından asanlıqla binaya daxil olub-çıxmaları üçün yanğın siqnalizasiya sistemi həmişə söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş