Rus diplomatlarının sayının məhdudlaşdırılması qərara alınıb
Niderland krallığı ölkədəki rus diplomatlarının sayını məhdudlaşdırmaq qərarına gəlib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə krallığın xarici işlər naziri Vopke Hoekstra deyib.
Nazirin sözlərinə görə, Rusiya səfirliyinin təxminən on əməkdaşı Hollandiyanı tərk etməli olacaq.
“Amsterdam bir sıra rus diplomatlarını krallıqdan çıxarmaq qərarına gələrək çox vacib addım atıb. Belə bir qərar Rusiya Federasiyasının kəşfiyyat işçilərini diplomat kimi göndərmasinə görədir”.
“De Volkskrant” qəzetinin məlumatına görə isə Hollandiyanın Sankt-Peterburqdakı Baş Konsulluğu müvəqqəti olaraq bağlanıb. Həmçinin Rusiyanın Amsterdamdakı ticarət ofisini bağlayacağı bildirilir.