Yaqut Qarayeva: “Məcburiyyət qarşısında qalıb sərtləşməyə getməli olacağıq”
“Operativ Qərargah karantin rejiminin daha da sərtləşməsi ilə bağlı qərar versə, bunu bildirəcək. Bu barədə əvvəlcədən bir şey demək düzgün olmaz”.
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü birifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
“Hər şey bizim statistikamızdan, eyni zamanda insanların davranışından asılıdır. Hətta SMS-lə də bayıra çıxanda bu, o demək deyil ki, maska taxmayacaqsan. Kimsə ərzaq almağa gedə bilər, bu, normaldır, amma yenə də maska taxılmalı və sıxlıq yerə girilməməlidir. Biz sərtləşməyə getmək istəməsək də, qaydalara riayət olunmasa və rəqəmlər artsa, məcburiyyət qarşısında qalıb sərtləşməyə getməli olacağıq. Amma bu barədə yenə də Operativ Qərargah qərar verəcək”, - Qarayeva bildirib.