Hindistanda 43 nəfər yanaraq həlak olub

Dünya

08.12.2019 - 23:47

Həkimlər Klinikalar SEO Xidməti

Yanğının səbəbi elektrik xətlərində yaranan qısaqapanmadır

 

Hindistanın paytaxtı Dehlidə kağız fabrikində güclü yanğın baş verib. Nəticədə azı 43 nəfərin öldüyü deyilir.

 

AYNA oxu.az-a istinadən xəbər verir ki, yanğın yerli vaxtla səhər 5:22-də başlayıb. Yanğınsöndürənlər 69 nəfəri xilas edə biliblər. Bir neçə saat ərzində yanğın söndürülüb.

 

İlkin versiyaya görə, yanğının səbəbi elektrik xətlərində yaranan qısaqapanmadır. Ölü və yaralı sayının çoxalacağı gözlənilir. Hələlik axtarış işləri davam etdirilir. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş