Hindistan ölkədaxili uçuşları bərpa edir

Dünya

21.05.2020 - 12:43

cedabet Klinikalar SEO Xidməti

Uçuş vaxtı yeni qaydaların tətbiqi də mütləqdir

 

Hindistan da koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq etdiyi  iki aylıq karantin vəziyyətindən çıxır. AYNA BBC-yə istinadən xəbər verir ki, ölkə daxili uçuşların bərpasına hazırlaşır. Qarşıdan gələn bazar ertəsi günü təyyarə reyslərini bərpa edəcək.

 

Hökumətin bu qərarı ilə yanaşı uçuş vaxtı yeni qaydaların tətbiqi də mütləqdir. Belə ki, təyyarə sərnişinləri, hökumətin tələb kimi qoyduğu əlaqə-izləmə tətbiqetməsini mobil telefona yükləməli olacaqlar. Hava limanında maska və əlcək geyinilməsi mütləqdir, həmçinin sərnişinlər bir neçə dəfə hərarət müayinəsindən keçəcəklər. Hindistanın Mülki aviasiya naziri Hardeep Puri çıxışında xəbərdarlıq edib ki, qaydalara əməl etməyən sərnişinlər təyyarəyə buraxılmayacaq.

 

Xatırladaq ki, martın 25-dən sərt karantin rejiminə keçən  Hindistan 2.9 trilyon dollarlıq iqtisadiyyatına ara verməli oldu. Ölkə ən çox vizanın dayandırılması və nəticədə bütün beynəlxalq uçuşların dayandırılması da daxil olmaqla, ağır səyahət məhdudiyyətləri tətbiq edən ilk ölkələrdən biri oldu. Karntində qatar səyyahəti və ölkə daxilindəki uçuşlar da qadağan olundu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş