Həştərxanda 5 nəfər naməlum maddədən zəhərlənərək ölüb

Dünya

09.05.2024 - 21:54

Müxtəlif yerlərdə kişi və qadın meyitləri aşkar edilib

Həştərxanda 5 nəfər naməlum maddədən zəhərlənərək ölüb. AYNA APA-ya istinadən xəbər verir ki, mayın 8-dən 9-na keçən gecə Həştərxanın Sovetski və Trusovski rayonlarında müxtəlif yerlərdə yaşları 18-dən 40-a qədər olan kişi və qadın meyitləri aşkar edilib.

 

Məlumata görə, 14 yerli sakin isə naməlum maddədən zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib, onlardan 11-nin vəziyyəti ağırdır. Onların hamısının narkotik maddədən istifadə etdiyi bildirilir.

Qeyd edilib ki, 2023-cü ilin noyabrında da Həştərxanda 20-dən çox insan keyfiyyətsiz metadondan zəhərlənib.

Faktla bağlı cinayət işi açılıb.

Müəllif: Ayna.az