Əsgərlərimiz Moskvadakı Qələbə paradı üçün məşq edəcəklər
İkinci Dünya müharibəsinin 75 illiyi münasibətilə Mokskvada təşkil lunacaq Qələbə paradında müxtəlif ölkələrin hərbçiləri iştirak edəcəklər. AYNA xəbər verir ki, iyunun 24-də “Qırmızı” meydanda keçiriləcək paradda iştirak etmək üçün artıq Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, ÇXR, Moldova, Monqolustan, Serbiya, Tacikistan, Türkmənistan, Özbəkistan hərbi qulluqçuları Rusiyaya gəliblər.
Hərbçilərin əksəriyyəti Alabinodakı parad meydanında məşq ediblər. Qələbə paradının ilk gecə məşqi bu gün Moskvanın “Qırmızı” meydanında baş tutacaq.