HƏMAS Təl-Əvivi atəşə tutduğunu açıqlayıb

Dünya

19.10.2023 - 16:58

Tel-Əvivdə və İsrail şəhərlərinin mərkəzində həyəcan siqnalı səsləri eşidilir

HƏMAS qruplaşmasının yarımhərbi qanadı öz “Telegram” kanalında İsrailin Qəzza zolağında mülki əhaliyə qarşı hücumlarına cavab olaraq Təl-Əvivi atəşə tutduğunu açıqlayıb.

AYNA xəbər verir ki, məlumatı İsrail Müdafiə Qüvvələri təsdiqləyib.

Bildirilib ki, Tel-Əvivdə və İsrail şəhərlərinin mərkəzində həyəcan siqnalı səsləri eşidilir.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS İsrailə hücum edib. Bundan sonra İsrail hakimiyyəti müharibə vəziyyəti elan edib. Daha sonra İsrail Qəzza zolağında HƏMAS-ın hədəflərini vurmağa başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş